Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Dünya / Rusiyada ermənilər arasında kütləvi dava olub – VİDEO

Rusiyada ermənilər arasında kütləvi dava olub – VİDEO

Rusiyanın Tümen vilayətinin Xanta-Mansi muxtar dairəsinin Surqut şəhərində ermənilərin kütləvi davası baş verib.

Beləı ki, davanı şəhərin mərkəzində yerləşən “Erməni şaurması” restoranının işçiləri törədib.

Ermənilərin başlatdığı davaya onlarla adam cəlb olunub. Kütləvi qarşıdurmanın iştirakçıları taxta parçaları və “Erməni şaurması”nın stullarından istifadə edərək bir-birilərinə ciddi xəsarətlər yetiriblər. İlkin məlumatlara görə, yaralanan bir neçə nəfər xəstəxanaya yerləşdirilib.

Kütləvi davanın dəqiq səbəbləri hələlik məlum deyil. Məsələyə müdaxilə edən polis hadisə barədə daha sonra açıqlama verəcəklərini deyib.

“URA.RU” isə bildirir ki, dava “Erməni şaurması”nın rəhbərliyilə başqa bir sahibkar arasında yaşanıb. Sonradan onların dostları və işçilərinin qoşulmasilə dava kütləvi xarakter alıb.

AzVision.az 

Həmçinin oxuyun

Vanqanın proqnozları ortaya çıxdı: May-dekabr aylarında dünyanı nə gözləyir?

Dünyaca məşhur görücü Vanqa 2024-cü ildə bir çox xoşagəlməz hadisələrin baş verəcəyini proqnozlaşdırıb. Lent.az xarici …