Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Dünya / Rusiyada canavar uşağa hücum etdi – VİDEO

Rusiyada canavar uşağa hücum etdi – VİDEO

Rusiyanın Çelyabinsk şəhərində Qaqarin adına parkda canavar uşağa hücum edib.

Oxu.Az xəbər verir ki, hadisənin görüntüsü sosial şəbəkələrin Rusiya seqmentində yayılıb.

Kadrlarda yırtıcının uşağın ayağından yapışdığını, uşağın anası və bir yeniyetmənin canavarı geri çəkməyə çalışdığını görmək olur.

Yırtıcının sahibi Serqey Panasenko hadisənin həddindən artıq şişirdildiyini bildirir. Onun sözlərinə görə, əhliləşdirdiyi canavarı hər gün parkda gəzdirir və ona bu vaxta qədər minlərlə uşaq yaxınlaşıb.

“Bu, zooterapiyadır. İnsan gərək öz qorxularından azad olsun. Mən özüm psixoloqam, əvvəl problemli uşaqlarla işləmişəm, sonradan normal uşaqları olan valideynlər də müraciət etməyə başladı”, – deyə canavarın sahibi bildirib.

Həmçinin oxuyun

Avropa Komissiyası İrana qarşı sanksiyaları genişləndirə bilər

Avropa İttifaqının rəhbərliyi aprelin 14-nə keçən gecə İsrailə hücuma görə İrana qarşı sanksiyaların genişləndirilməsi məsələsinə …