Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Dünya / Rusiya Köçəryanın xilası üçün hərəkətə keçdi

Rusiya Köçəryanın xilası üçün hərəkətə keçdi

Rusiya Ermənistanın həbs edilən sabiq prezidenti Robert Köçəryanın azad edilməsi üçün hərəkətə keçib. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun KTMT-nin baş katibi Yuri Xaçaturova qarşı cinayət işinin açılmasına verdiyi reaksiyanın ardınca Köçəryanın həbsinə bildirdiyi münasibət daha çox diqqət çəkir.
Beynəlxalq əlaqələr üzrə ekspert Nəzakət Məmmədova hesab edir ki, Paşinyanla Rusiya arasında gizli kartlar açılmağa başlayıb: “Lavrovun bəyanatından belə məlum olur ki, Paşinyan hakimiyyətə gələndə Rusiyaya onun adamlarına toxunmamaq, onları təqib etməmək vədi verib. Lakin bu gün onları yerinə yetirmədiyi üçün Rusiya rəhbərliyini qəzəbləndirib və onlar belə bir bəyanat səsləndirməli olublar. Paşinyan sözdə də olsa, Rusiyaya sadiq kimi görünməyə çalışırdı. Lakin son günlərdə Putinin Ermənistanda ən etibar etdiyi şəxs olan Köçəryanın, general Xaçaturovun həbsi artıq Rusiyaya meydan oxumaq idi. Təbii ki, bu qərarları Paşinyan özü vermir. Ermənistanda onun ”xaç atası” Ter-Petrosyandır. Rəsmi olaraq 2008-ci ildə baş verən hadisələrin haqq-hesabı çürüdülür. Həmin vaxt məhz Köçəryan Rusiyanın göstərişi ilə hakimiyyətin Sərkisyana ötürülməsinə nail olmaqla, Ter Petrosyanın, deməli, Qərbin Ermənistana yolunu bağlamışdı. İndi isə əks proseslər baş verir. Sirr deyil ki, həm Köçəryan, həm də Sərkisyan Qarabağda vuruşmuş bir sıra quldur erməni komandirləri kimi Rusiya Baş Kəşfiyyat İdarəsinin agentləri olublar.
Nəzakət Məmmədova ile ilgili görsel sonucu
Bu gün Ermənistanda baş verənlər həm də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə Pentaqonun Rusiya Baş Kəşfiyyat İdarəsinə qarşı soyuq müharibə dövründə olduğu kimi növbəti nüfuz savaşıdır. Hazırda Ermənistanda cərəyan edən prosesləri rusiyayönümlü qüvvələrin cəzalandırılması, eyni zamanda zərərsizləşdirilməsi kimi də qiymətləndirə bilərik. Ölkə böyük güc mərkəzlərinin savaş poliqonuna dönüb. Ermənistanda nüfuz uğrunda savaşın əsas mərhələləri hələ irəlidədir. Ermənistanda Rusiyanın hərbi bazası, güclü kəşfiyyat şəbəkəsi, kriminal şəbəkəsi, maliyyə imkanları olan adamları var. Rusiya istədiyi an prosesləri öz xeyrinə dəyişə bilər. Ermənistanın başı üzərində dolaşan qara buludlardan narahat olan Paşinyan prosesləri tezləşdirməyə çalışaraq status kvonu öz xeyrinə dəyişməyə çalışır. Lakin onun buna nail olacağı çətin məsələdir. Bu qənaətə gəlmək olar ki, bu ilin sonunadək Ermənistanda çox ciddi daxili qarşıdurma proseslərinin baş verəcəyi gözlənilir”.

Politoloq Əhəd Məmmədli ile ilgili görsel sonucu

Politoloq Əhəd Məmmədli Rusiyanın Ermənistandan Serj Sərkisyan hakimiyyəti vaxtından narazı olduğunu vurğuladı: “İkinci Dünya savaşında erməni legionunun komandiri olan Njdenin heykəlinin İrəvanda qoyulması, Ermənistanda artan antirus meylləri, Sərkisyanın Brüssellə müqavilələri bu narazılığı yaratdı. Paşinyan hakimiyyətə gəldikdən sonra isə vəziyyət gözlənildiyi kimi, daha da gərginləşdi. Rusiyanın Ermənistanda bir nömrəli adamı həbs edildi. Ermənilərin Kremldə ən yaxın adamı olan Lavrovun vasitəsilə İrəvana mesaj verdilər. Ermənistan mesajı qulaqardı etsə, mesajların davamında cəza da gələ bilər. Rusiya da cəzalandırmağı çox gözəl bacarır. Necə deyərlər, Paşinyan yavaşılamalıdır. Amma ona hakimiyyətə gəlməyə dəstək verənlər Paşinyanı yavaşlamaq üçün baş nazir seçdirməyiblər. Onun arxasında Qərbdə məskunlaşan erməni lobbisi durur.
Paşinyan da erməni lobbisinin, Qərbin istəklərini nəzərə almaya bilməz. Belə bir qapalı dairədir. Ermənistanı bu bağlı dairəyə inqilab saldı. Bu bağlı dairədən yeganə çıxış yolu Rusiyaya tərəf qayıtmaqdır. Rusiyaya tərəf qayıtmaq isə inqilabın bütün mənasını itirəcək. İnqilab məhz Ermənistanın Rusiyadan qopardırılmasına hesablanmış addım idi. Bu şəkildə davamiyyət nəinki Paşinyan hakimiyyəti, bütövlükdə Ermənistana zərbə vura bilər. Paşinyan ilk növbədə onu dəstəkləyən erməni xalqına, ona hakimiyyətə gəlməyə kömək edən erməni lobbisinə və bu erməni lobbisinin arxasında duran Qərb dairələrinə arxalanır. Xalq qeyri-sabit məfhumdur. Bu gün səninlədir, sabah sənə qarşıdır. Erməni xalqı inqilabdan olan gözləntiləri almasa, Paşinyandan dəstəyini çəkəcək. Qərb istənilən halda, Ermənistanı Rusiyadan qoruya bilməyəcək. Çünki buna rıçaqları yoxdur. Qərb bir halda Paşinyanı Rusiyadan qoruya bilər, o da xalq sona qədər Paşinyanı dəstəkləsə. Bu dəstək də onun Azərbaycan torpaqlarının azad edilməsi prosesini başlatması ilə mümkündür. Bir sözlə, Paşinyan bu cür davam etsə, ölkəsini çətin günlər gözləyir”.(musavat.com)

Həmçinin oxuyun

Avropa Komissiyası İrana qarşı sanksiyaları genişləndirə bilər

Avropa İttifaqının rəhbərliyi aprelin 14-nə keçən gecə İsrailə hücuma görə İrana qarşı sanksiyaların genişləndirilməsi məsələsinə …