Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Dünya / Rusiya gələn il “Avanqard”ı silahlanmaya daxil edəcək

Rusiya gələn il “Avanqard”ı silahlanmaya daxil edəcək

Rusiya istehsal etdiyi və uğurla sınaqdan keçirdiyi hipersonik uçuş qanadı blokuna malik “Avanqard” strateji raket komplekslərini 2019-ci ilin sonunadək silahlanmaya daxil edəcək.
Bu barədə “TASS”-a Rusiyanın müdafiə sənayesindəki mənbə məlumat verib. Qeyd olunub ki, əvvəlcə kompleksin sayı iki, daha sonra isə altıya çatdırılacaq.

Xatırladaq ki, “Avanqard”ın qanadlı bloku trayektoriyadan 1000 kilometr ayrılaraq manevr həyata keçirmək qabiliyyətinə malikdir. Bu da onu istənilən növ raket əleyhinə sistemlər üçün görünməz edir. Raket səsdən 20 dəfə sürətlidir. Uçuş vaxtı raketin səthindəki temperatur 2000 dərəcəyə çatsa da, o idarə oluna bilir. (Azvision.az)

Həmçinin oxuyun

Vanqanın proqnozları ortaya çıxdı: May-dekabr aylarında dünyanı nə gözləyir?

Dünyaca məşhur görücü Vanqa 2024-cü ildə bir çox xoşagəlməz hadisələrin baş verəcəyini proqnozlaşdırıb. Lent.az xarici …