Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / Rusiya Ermənistandakı yeni vəziyyətə öyrəşməlidir – Paşinyan

Rusiya Ermənistandakı yeni vəziyyətə öyrəşməlidir – Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın Azərbaycanın Tovuz rayonu ilə sərhəddində yerləşən Berd şəhərinə səfər edərək bir sıra görüşlər keçirib, əhalinin və jurnalistlərin suallarını cavablandırıb.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan Moskvanın Ermənistan daxilində baş verən son siyasi proseslərdən narahatlığının əsassız olduğunu bildirib. Onun sözlərinə görə, Moskva Ermənistandakı dəyişikliklərə uyğunlaşmalıdır.

Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvanın son günlərdə atdığı addımları tənqid etməsilə bağlı ən son bəyanatına dair şərh almaq istəyən jurnalistlərə açıqlamasında Paşinyan bəyan edib ki, “Ermənistanda artıq yeni vəziyyət yaranıb və biz hamımız, o cümlədən də, rusiyalı tərəfdaşlarımız bu yeni vəziyyətə adaptasiya olmalıdırlar. Odur ki, hər şey qaydasındadır.”

Həmçinin oxuyun

Simonyan Rusiyaya işğalçı dedi – Moskvadan qorxaq cavab 

Alen Simonyan bütün ağlasığmaz sərhədləri keçib. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının …