Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Rusiya 10 ildən sonra Tbilisidə viza mərkəzi açdı

Rusiya 10 ildən sonra Tbilisidə viza mərkəzi açdı

Tbilisidə Rusiya viza mərkəzi fəaliyyətə başlayıb. Mərkəz Gürcüstan və digər ölkələrin vətəndaşlarından, həmçinin vətəndaşlığı olmayan şəxslərdən Rusiyaya giriş vizaları almaları üçün müraciətləri qəbul edəcək.

Bu barədə “TASS” agentliyinə İsveçrənin Tbilisidəki səfirliyində fəaliyyət göstərən Rusiyanın Gürcüstandakı maraqları bölməsindən məlumat veriblər.

Qeyd ediblər ki, Tbilisidə açılan Rusiya viza mərkəzinin əməkdaşlarına viza sənədlərilə bağlı bütün əməliyyatların yerinə yetirilməsi üçün rəsmi səlahiyyətlər verilib. Viza müraciətləri ilə bağlı məlumatlar işlənib hazırlandıqdan sonra Rusiya viza mərkəzi sənədləri Rusiyanın Gürcüstandakı maraqları bölməsinə ötürəcək. Bölmədən bildiriblər ki, viza mərkəzi yalnız xidməti funksiyaya malikdir, vizaların verilməsi və sənədlərin yoxlanılması diplomatların və müvafiq qurumların səlahiyyətinə aiddir.

Xatırladaq ki, 2008-ci ilin avqust müharibəsindən sonra Tbilisi Moskva ilə diplomatik münasibətlərini rəsmən kəsərək, yalnız konsulluq əlaqələrini saxlayıb. 2009-cu ildən isə İsveçrənin Tbilisidəki səfirliyində Rusiyanın Gürcüstandakı maraqları bölməsi, müvafiq olaraq İsveçrənin Moskvadakı səfirliyində isə Gürcüstanın Rusiyadakı maraqları bölməsi fəaliyyət göstərir. (AzVision.az)

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …