Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Qazaxıstan hökuməti hicablı qızlar üçün xüsusi məktəb açacaq

Qazaxıstan hökuməti hicablı qızlar üçün xüsusi məktəb açacaq

Qazaxıstan hökuməti oğlanlar və qızlar üçün ayrı-ayrı ruhani məktəb açmaq barədə imkanları nəzərdən keçirir.

“Ölkə.Az” xəbər verir ki, bunu Qazaxıstanın din və vətəndaş cəmiyyəti üzrə naziri Nurlan Yermekbayev bildirib.

Nazir deyib: “Biz belə bir vəziyyəti nəzərə alırıq. Bizdə mədrəsələr var. Mədrəsə ruhani məktəbdddir. Bu səbəbdən oğlanlar və qızlar üçün ayrı məktəblərin açılması mümkündür. Əgər hicab taxan uşaqların valideynləri övladları üçün belə bir məktəb arzu edirlərsə, bu mümkün olacaq”.

Qanunvericilik də oğlanlar və qızlar üçün ayrı məktəblərin açılmasına icazə verir.

Həmçinin oxuyun

Simonyan Rusiyaya işğalçı dedi – Moskvadan qorxaq cavab 

Alen Simonyan bütün ağlasığmaz sərhədləri keçib. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının …