Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Qasparyan uzanaraq erməni məmura etiraz etdi – VİDEO

Qasparyan uzanaraq erməni məmura etiraz etdi – VİDEO

Ermənistanda siyasi fəal Vardqes Qasparyan dövlət gəlirləri komitəsinin binası qarşısında etiraz aksiyası keçirib.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, o, əlində “Harutyunyan, sən yalançı, canisən” sözləri yazılan plakat tutaraq erməni məmura etirazını bildirib. Siyasi fəal daha sonra yerə uzanmaqla etirazına davam edib.

Məlum olub ki, Qasparyan aldığı yükü 2 həftədir gömrükdə rəsmiləşdirə bilmir. Ararat gömrük orqanında bütün broker xidmətləri ona sənəd verməkdən imtina edirlər.

Onun fikrincə, bu, gömrük orqanı rəhbərinin əmridir, çünki gömrük məmurları mütləq kimdənsə asılıdırlar və “yuxarıların” əmrlərini yerinə yetirirlər.

Qasparyan “vahid pəncərə” sistemi ilə problemi həll etməyə çalışsa da, buna nail ola bilməyib. Sonda təkbaşına etiraz aksiyası keçirmək qərarına alıb.

Həmçinin oxuyun

Vladimir Kazimirov öldü

Tanınmış rusiyalı diplomat, ATƏT-in Minsk qrupunun Rusiyadan olan ilk həmsədri Vladimir Kazimirov 95 yaşında ölüb …