Çərşənbə axşamı , Oktyabr 16 2018
Ana səhifə / Dünya / “Qarabağ Azərbaycan ərazisidir” – Almaniya hökuməti

“Qarabağ Azərbaycan ərazisidir” – Almaniya hökuməti

Almaniya bundestaqının sağçı radikal AfD fraksiyasının AFR hökumətinə göndərdiyi “Almaniya-Ermənistan münasibətləri” mövzusunda kiçik sorğusunda Dağlıq Qarabağla bağlı bəzi suallar da yer alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Almaniya mediası məlumat yayıb.

AFR hökumətinin sözügedən sorğuya cavabının girişində qeyd olunubki, “AFR hökuməti xüsusi olaraq vurğulayır ki, “Almaniya-Ermənistan münasibətləri” anlayışı ilə AFR və Ermənistan arasındakı münasibətlər başa düşülməlidir. AFR hökuməti Ermənistan silahlı qüvvələrinin nəzarətində yerləşən Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonu Azərbaycanın bir hissəsi hesab edir.

AFR hökuməti qondarma “Dağlıq Qarabağ Respublikasını” tanımır.” Hökumət sorğunun müvafiq bəndlərinə (Dağlıq Qarabağda insan hüquqlarının, mətbuat azadlığının, azlıqların vəziyyəti, orada yaşayan almanların sayı və s.) dair cavabında bu qeydinə istinad etməklə kifayətlənib.

Həmçinin sorğudakı “AFR hökuməti Dağlıq Qarabağın beynəlxalq hüquqi statusunu necə qiymətləndirir?” sualına hökumət “Dağlıq Qarabağ bölgəsi Azərbaycan Respublikasının ərazisinin bir hissəsidir” cavabını verib.

Həmçinin oxuyun

Heç bir dövlətin ABŞ-a qarşı müharibəyə getməməsinin 5 SƏBƏBİ

Birləşmiş Ştatlar dünya tarixinin gördüyü ən təhlükəli hərbi gücə malikdir. Soyuq Müharibənin başa çatmasından sonra …