Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / Poroşenko “Rossiya 1”-də Putini ukraynalıların qatili adlandırdı – VİDEO

Poroşenko “Rossiya 1”-də Putini ukraynalıların qatili adlandırdı – VİDEO

Ukrayna prezidenti Petr Poroşenko BMT Baş Assambleyasının kuluarlarında Rusiya hakimiyyətindən ötən ilin noyabr ayının sonunda Kerç körfəzindəki insident zamanı saxlanılan  24 ukraynalı dənizçinin sərbəst buraxılmasını tələb edib.
“Rusiya 1” telekanalının müxbiri Valentin Boqdanov Ukrayna liderinə 2018-ci ilin ortalarında  dövlətə xəyanət ittihamı ilə həbs edilmiş “RİA Novosti Ukrayna” nın baş redaktoru Kirill Vışinskinin taleyi haqqında sual verib.
“24 Ukrayna dənizçisi Sizdə qanunsuz olaraq həbsdədir. Siz onlardan üzr istəməyə borclusunuz, dərhal buraxın, çünki siz təcavüzkarsınız, siz beynəlxalq hüququ pozansınız. Siz və sizin lideriniz ukraynalıların qatillərisiniz. Bunu yadda saxlayın” – deyə, Poroşenko cavab verib. (Moderator.az)

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …