Poroşenko “dövlətə xəyanət” işi üzrə dindiriləcək

��������� ����������������� ��� �������������, 7 ��017 ��������/ POOL / ���

Ukrayna prezidenti Petro Poroşenko dövlətə xəyanətdə ittiham olunan eks-dövlət başçısı Viktor Yanukoviçin işi üzrə şahid qismində dindiriləcək.

“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, dindirilmə gələn həftə baş tutacaq. Prokurorun sözlərinə görə, gələn həftədən etibarən ittiham tərəfinin şahidlərinin dindirilməsi başa çatacaq və qarşı tərəfin sorğusuna başlanılacaq.

Qeyd edək ki, daha əvvəl bu iş üzrə Ali Radanın spikeri, eks-baş nazir və Daxili işlər naziri, hərbi-dəniz qüvvələrinin komandiri də dindirilib.

Загрузка...