Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Dünya / Özbəkistan prezidenti Türkiyəyə rəsmi səfər edəcək – 20 illik fasilədən sonra

Özbəkistan prezidenti Türkiyəyə rəsmi səfər edəcək – 20 illik fasilədən sonra

Özbəkistan prezidenti Şavkat Mirziyayev oktyabrın 25-27-də Türkiyəyə rəsmi səfər edəcək. 

“Anadolu” xəbər verir ki, səfər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 20 illik fasilədən sonra baş tutacaq.

Məlumata görə, oktyabrın 25-də hər iki ölkənin prezidentinin təkbətək və geniş tərkibdə görüşü keçiriləcək, daha sonra sənədlərin imzalanması mərasimi olacaq, ali qonağın şərəfinə şam ziyafəti veriləcək.

Ş.Mirziyayevin Türkiyə parlamentini (TBMM) ziyarət etməsi və spiker İsmail Kahramanla görüşü də planlaşdırılır.

Görüşlərdə Türkiyə-Özbəkistan əlaqələrinin daha da inkişaf etdirilməsi, regional və qlobal məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.

Həmçinin oxuyun

“Paşinyan da bunu başa düşür” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Cənubi Qafqaz regionunda yeni nizam yaradılır və Ermənistanın …