Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Ötən il Dubay aeroportlarında 170 minədək itirilmiş əşya aşkar edilib

Ötən il Dubay aeroportlarında 170 minədək itirilmiş əşya aşkar edilib

“Dubay aeroportları” şirkətinin təhlükəsizlik xidmətləri ötən il terminalların ərazisində sərnişinlər tərəfindən itirilmiş ümumən 169 462 əşya aşkar ediblər.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, tapıntılar arasında mobil telefonlar, “Rolex” firmasının saatları və içərisində külli miqdarda nağd pul olan çantalar var. Dubay polisinin Aeroportların Təhlükəsizliyi Baş Departamentinin direktoru Əli ben Laxej bildirib ki, 50 973 əşya sahiblərinə qaytarılıb, 5998 qiymətli əşya onların mənşəyi barədə araşdırma aparmaq üçün hüquq mühafizə orqanlarına təhvil verilib, özü də Dubay polisi qiymətli əşyaları qaytarmaq üçün onların sahiblərini hətta BƏƏ hüdudlarından kənarda axtarır.

Bildirilir ki, 2017-ci ildə Dubayın beynəlxalq aeroportlarının xidmətlərindən 91. 200. 261 sərnişin istifadə edib.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …