Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Dünya / Öldürülən prezidentin tarixi anlaşması 40 il sonra üzə çıxdı

Öldürülən prezidentin tarixi anlaşması 40 il sonra üzə çıxdı

Misirin keçmiş prezidenti Ənvər Sədatın ölümünə səbəb olan “Kemp Devid” müqaviləsinin gizli sənədləri 40 il sonra yayımlanıb.

Axar.az xəbər verir ki, gizli sənədlərdə Misir və İsrailin Qərbi İordan və Qəzza zolağında fələstinlilərə “tam muxtariyyət” verilməsi məsələsində razılaşdığı ortaya çıxıb.

Misirli mütəxəssislər Sədat tərəfindən aparılan və çox tənqid edilən “Kemp Devid” anlaşmasında fələstinlilərin xeyrinə əhəmiyyətli maddələr olduğunu, bunun ancaq bu günlərdə üzə çıxdığını bildirib. İsrail rəhbərliyi bölgə və beynəlxalq arenada baş verən prosesləri və ərəb ölkələrinin zəifliyini öz lehinə çevirib.

İsrail anlaşma imzalanandan 5 il sonra fələstinlilərə muxtariyyət verməli idi, ancaq Sədatın sui-qəsd nəticəsində öldürülməsindən sonra Təl-Əviv bu durumdan istifadə edib.

Misirli ekspertlər hesab edir ki, İsrailin müqavilələri pozması artıq normal qarşılanır. İsrail mühüm proseslərdən istifadə edib. Bunlardan biri İran-İraq müharibəsi, İraqın Küveyti işğal etməsi, digərləri isə Sovet İttifaqının dağılması, ABŞ-ın İraqı işğal etməsi və dünyanın birqütblü hala gəlməsidir.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …