Şənbə , Fevral 23 2019
Ana səhifə / Dünya / Olbrayt Trampı Putin üçün “hədiyyə” adlandırdı

Olbrayt Trampı Putin üçün “hədiyyə” adlandırdı

ABŞ-ın sabiq dövlət katibi Madlen Olbrayt prezident Donald Trampın NATO və Avropa ölkələrinə yönəlik siyasətini sərt tənqid edib.

Bu mənada Olbrayt Trampı Rusiya prezidenti Vladimir Putin üçün “hədiyyə” adlandırıb.

Sabiq dövlət katibi qeyd edib ki, Tramp və Putin arasında bənzərlik var: “Rusiya ABŞ demokratiyasını çökdürmək və Vaşinqtonla müttəfiqləri arasındakı münasibətləri pozmaq üçün çalışır. Trampın Avropa və NATO ölkələrinə qarşı etdiyi çıxışları xatırlayın. Trampın bir çox aspektdən Putin üçün hədiyyə olduğunu düşünürəm”.

M.Olbrayt vurğulayıb ki, hazırda ABŞ-da qərarvermə mexanizmi işləmir. (AzVision.az)

Həmçinin oxuyun

Poroşenko “Rossiya 1”-də Putini ukraynalıların qatili adlandırdı – VİDEO

Ukrayna prezidenti Petr Poroşenko BMT Baş Assambleyasının kuluarlarında Rusiya hakimiyyətindən ötən ilin noyabr ayının sonunda …