Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Monserrat Kabelle sabah dəfn ediləcək

Monserrat Kabelle sabah dəfn ediləcək

Tanınmış opera müğənnisi Monserrat Kabelle oktyabrın 6-da 85 yaşında Barselonada vəfat edib.

Bu barədə İspaniyanın “La Vanguardia” qəzeti məlumat verir.

Monserrat Kaballe 1933-cü il aprelin 12-də Barselonada doğulub. 1954-cü ildə Barselona “Liseo” teatrının nəzdindəki konservatoriyanı bitirib.

1956-cı ildə isə Bazel operasına daxil olub.

Dünya şöhrətini müğənni 1965-ci ildə qazanıb.

Müğənni onda Karneqi zalında Qaetano Donizettinin “Lucrezia Borgia” operasında amerikalı Merilin Hornu əvəz edib.

Həmin ildən də “Metropoliten operası”nda çıxış edib və 80-ci illərin sonunadək orda fəaliyyət göstərib.

Mərhum müğənninin repertuarında ümumilikdə 100-dən çox opera var.

Kabele keçmiş Sovet İttifaqı, Moskvada ilk dəfə 1974-cü ildə çıxış edib.

Onun dəfn mərasimi oktyabrın 8-də olacaq.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …