Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Moldova Rusiyanı qoşunlarını onun ərazilərindən çıxarmağa çağırıb

Moldova Rusiyanı qoşunlarını onun ərazilərindən çıxarmağa çağırıb

Moldovanın baş naziri Rusiyanı qoşunlarını onun ərazilərindən çıxarmağa çağırıb.

“Report” xəbər verir ki, baş nazir Pavel Filip bu çağırışı BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışı zamanı edib.

Rusiya silahlı qüvvələrinin Moldova ərazisində mövcudluğunu pisləyən baş nazir, cari ilin iyun ayında BMT Baş Assambleyasının bütün xarici silahlı qüvvələrin Moldova ərazisindən çıxarılması barədə qəbul etdiyi qətnaməni xatırladıb.

Pavel Filip bildirib ki, Rusiya əvvəlki kimi Dnestryanı bölgəsində konstitusiyaya əsaslanmayan hərbiləşdirilmiş hakimiyyət strukturu birləşmələrinin iştirakı ilə hərbi təlimlər keçirir. O, Moskvaya öz silahlı qüvvələrini Moldva ərazisindən çıxarmağa dair üzərinə götürdüyü öhdəlikləri xatırladıb.

Hökumət başçısı Dnestryanı münaqişənin mövcud “5+2” formatı çərçivəsində sülh yolu ilə nizamlanacağına ümid etdiyini bildirib.

Pavel Filip qeyd edib ki, sülh yolu ilə həll Moldova Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında baş tutmalıdır.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …