Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / Moldova prezidenti vəzifəsindən müvəqqəti kənarlaşdırılıb

Moldova prezidenti vəzifəsindən müvəqqəti kənarlaşdırılıb

Moldova Prezidenti İqor Dodon Konstitusiya Məhkəməsinin qərarı ilə müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, Demokrat Partiyasının parlament qrupu tərəfindən göndərilən sorğudan sonra verilən bu qərar parlament sədrinin ölkə başçısını əvəz edərək səhiyyə, sosial müdafiə və ailə işləri, kənd təsərrüfatı, bölgələrin inkişafı və ətraf mühitin mühafizəsi nazirlərini təyin etməsinə yönəlib.

Qeyd edək ki, İ.Dodon sözügedən vəzifələrə baş nazirin təqdim etdiyi namizədləri rədd etmişdi. Qanuna görə, ölkə prezidenti baş nazirin təqdim etdiyi namizədləri yalnız bir dəfə rədd etmək hüququna malikdir.

 

0

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …