Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Maşını yanlış park etdi, diplomatik böhran yarandı – Türkiyəyə nota verdilər

Maşını yanlış park etdi, diplomatik böhran yarandı – Türkiyəyə nota verdilər

Belarusda Türkiyə səfirliyinə aid diplomatik nömrə nişanlı avtomobilin yanlış yerdə park edilməsi iki ölkə arasında gərginliyə səbəb olub.
Paytaxt Minskdə martın 7-də dəmir yolu stansiyası yaxınlığında Türkiyə səfirliyinə aid BMW markalı avtomobilin yanlış yerdə park etdiyi məlum olub. Bir vətəndaşın şikayəti əsasında Belarus XİN-ni Türkiyənin Minskdəki səfirliyinə nota verib.
Şikayət edən şəxs sürücüyə bununla bağlı xəbərdarlıq etdiyini, lakin sürücünün buna əhəmiyyət vermədiyini qeyd edib. (Qafqazinfo)

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …