Gürcüstanda bu gün keçirilən prezident seçkiləri zamanı azərbaycanlıların yaşadığı Marneuli rayonunda seçki məntəqələrinin birində dava düşüb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, hadisə ilə əlaqədar 2 nəfər saxlanılıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin açıqlamasına görə, mübahisə müxalifət Milli Hərəkat Partiyası ilə iqtidardakı Gürcü Arzusu Partiyasının seçiciləri arasında düşüb.
Saxlanılan şəxslər barəsində qanunvericiliyə müvafiq olaraq cinayət işi açılıb.