Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Makron yenə Ermənistana səfər edəcək

Makron yenə Ermənistana səfər edəcək

Fransa prezidenti Emmanuel Makron Ermənistana rəsmi səfər edəcək. 

Bunu Ermənistanın vitse-prezidenti Mqer Qriqoryanla görüşündə Fransanın İrəvandakı səfiri Conatan Lakota deyib. 
Səfirin sözlərinə görə, rəsmi Paris Ermənistanla ikitərəfli və çoxtərəfli formatda əlaqələrin daha da inkişafına hazırdır. Bu məqsədlə, bu günlərdə Fransa prezidenti Emmanuel Makron İrəvana rəsmi səfər etmək niyyətinin olduğunu bildirib. Lakin fransalı diplomat Makronun səfərinin dəqiq tarixi barədə məlumat verməyib. 

Makronun Ermənistana sonuncu səfəri 2018-ci ilin oktyabrında baş tutub. 

Qeyd edək ki, fevralın əvvəlində Erməni Təşkilatları Əlaqələndirmə Şurasının (CCAF) rəsmi qəbul naharında çıxş edən Emmanuel Makron seçkiqabağı kampaniyasında verdiyi vədlərdən birini yerinə yetirərək, 24 aprel tarixini “erməni soyqırımını anma günü” elan edib. Bununla da, hər il 24 aprel Fransada qondarma soyqırımın anım günü kimi qeyd ediləcək. (Azvision.az)

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …