Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / “Məni az qalırdılar vətən xaini çıxartsınlar” – Tarixi qələbənin memarı

“Məni az qalırdılar vətən xaini çıxartsınlar” – Tarixi qələbənin memarı

Fərhad Vəliyev, Ernani Pereyra, Samir Abasov, Ramin Quliyev, Aslan Kərimov, Aleksandr Çertoqanov, Andre Ladaqa, Ceyhun Sultanov, Murad Aşakişiyev, Leandro Qomeş və Branimir Subaşiç. Bu “11-lik” Finalndiya yığması üzərində Tofiq Bəhramov adına Respublika stadionunda 1:0 hesabı ilə qalib gəldiyimiz rəsmi oyunda ilk dəqiqələrdən meydana çıxıb. Düzdür, Qomeş artıq 10-cu dəqiqədə zədələnərək Vüqar Nadirovla əvəzlənməli olub. Ceyhun Sultanov 66-cı dəqiqədə yerini İlqar Qurbanova verir.

Ancaq əsas an son əvəzləmədə baş verir. Emin İmaməliyev 78-ci dəqiqədə Andre Ladaqanın yerinə meydana daxil olur və bundan cəmi 4 dəqiqə sonra hesabı açır. Bu, sonda qələbə topu olur və martın 28-də həmin tarixi uğurdan düz 10 il keçdi. “Qafqazinfio” xəbər verir ki, sport24.az qələbəni əsas memarı ilə bağlı birgə xatırlayıb.

– Mənə bu oyunla bağlı siz zəng vurdunuz, təbrik etdiniz. Futbol həyatımda yaddaqalan izdi. Onu unutmaq olmaz. Düzdür, millidə ilk qolumu bundan öncə – İranla 2:2 hesabı ilə nəticələnən yoldaşlıq görüşündə vurmuşdum. Mənimlə Nadir Nəbiyev fərqlənmişdi. Onda baş məşqçimiz Vaqif Sadıqov idi. Ancaq həmin qolumu yada salan yoxdu. Hamının yadına Finlandiyiya vurduğum düşür.

– Üstündən 10 il keçib. Ancaq sanki dünən olmuşdu…

– Siz deyən kimi, elə bilirəm ki, dünən olub. Hələ indiyədək gözümün qabağındadır. Ən azından ona görə dəyərlidi ki, qələbə topu oldu. Biri var ki, uduzanda qol vurursan, yaxud heç-heçə olanda. Ancaq bu, tam fərqli idi…Düzdür, milli səviyyəsində hər qol yadda qalır.

– Qol epizodunu necə xatırlayırsan?

– 78-ci dəqiqədə meydana daxil olmuşdum. 83-ci dəqiqədə isə qol vurdum. Fərqlənməyim cəmi 4 dəqiqə çəkdi. Murad Ağakişiyev künc zərbəsini yerinə yetirdi. Vüqar Nadirov “qayçıvari” zərbəsini vurmağa çalışsa da, bu, boşa çıxmır. Top ayağını tutmur və ondan keçərək mənə düşür. Zərbəm dəqiq olur.

– Özü də sol ayaqla…

– Elədir. Solaxay futbolum olsa da, əskrə qollarm sol ayaqla olub. Bu, topa ilk toxunuşum deyildi, 2-3 dəfə top ayağıma dəymişdi.

– Ancaq bu oyundan sonra Polşada sənin üçün uğursuz matç alınmışdı..

– Xətrinizi dəyməsin, bəzi jurnalistlər məni az qalırdılar vətən xaini çıxartsınlar (gülür). Halbuki, onda elə bir kobud səhvim olmamışdı. Düzdür, 0:5 uduzmuşduq və hamının səhvi vardı. Futbolda hamı səhv edir. Hətta görürsən ki, futbolçun öz qapına qol vurur.

– Bu psixoloji təzyiq səni ona motivasiya etmişdi ki, Finlandiya ilə oyunda çıxıb özümü sübut edim?

– Hər oyunda belə istək olur. Ancaq həmin matçda daha çox idi. Söz-söhbətdən sonra belə stimul məndə yaranmışdı..Baş məşqçimiz Şahin Diniyev məni start heyətdinə daxil etmədi. Bunu açıqlayandan sonra hətta ona yaxınlaşıb soruşdum ki, niyə “11-lik”də yoxam. Daha hazır idim, qol vurmaq istəyirəm, belə bir hisslər var idi. Şahin müəllim mənə dedi ki, sadəcə, mətbuatda yazılanlara görə “sınmış” kimi ola bilərəm. Ancaq əksinə, motivasiya daha yüksək oldu. Diniyevə dedim ki, mənə 5 dəqiqə olsa da şans ver, başqa heç nə istəmirəm. Qurban olum Allaha, fürsət əlimə düşdü. Diniyev son 12 dəqiqədə mənə şans verdi.

– Həmin anda baş məşqçi sənə meydana çıxmağa hazırlaşmağa işarə verəndə, qanadlarıb uçmağa hazır olardın. Özü də həmin vaxt hesab 0:0 idi…

– Yerimdə otura bilmirdim. Tərif də, tənqid də yerli-yerində olanda yaxşı olur. Mən ona qarşı deyiləm ki, futbolçunu tənqid etmək olmaz. Hər bir adam səhv edibsə, onu düzgün qəbul etməlidi. Futbol elə bir şeydir ki, rədi yox, kollektiv oyun növüdü. Bunu tək mən oynamadığımdan tək mən səhv etmirəm. 11 nəfər oynadığından hamı səhv edir. Söhbət ümumi komandadan, ailədən gedir, Udanda bütün ailənin qələbəsidir, ancaq uduzanda 1 nəfər məğlub olur – mən bu şeylə razı ola bilmirəm. Komanda 20-30 nəfərdən ibarətdisə, udanda da, uduzanda da hamı məsuliyyət daşımalıdı.

– Vurduğun qolla Finlandiya yığmasının tanınmış baş məşqçisi Roy Hocson istefaya göndərdin…

– Ümumiyyətlə, Azərbaycan kimi udur, baş məşqçiləri istefa verir. Ondan öncə Serbiya və Çernoqoriyaya Bakıda 2:1 hesabı ilə qalib gəldiyimiz rəsmi oyundan sonra baş məşqçisi Deyan Saviveçiç istefa verdi, əksər futbolçuları miliidən getdi.

– Qələbəyə görə mükafat səni nə dərəcədə qane etdi?
– Mükafat mənə görə normal idi. O illər üşün yaxşı idi. Ancaq sözün düzü, pulu, məbləğin az–çox olduğunu fikirləşmirdim. Millidirsə, bu ad üstündədi və hər şeyə yetərlidi.

qafqazinfo.az

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …

Bir cavab yazın