Ana səhifə / Dünya / “Mədəniyyət Meydanı”nın qonaqları

“Mədəniyyət Meydanı”nın qonaqları

Qırğızıstanın KTRK dövlət telekanalının qonağı olduq. Tam bir saat “Mədəniyyət Meydanı” verilişi bizim fəaliyyətimizə həsr olundu. Verilişdə Yüksək kateqoriyalı diktor Jıpara xanım Şabdanaliyeva Ulu Öndərimiz Heydər Əliyevin 95 illiyi ilə əlaqədar, General mayor Həsən Şirinovun Heydər Əliyevə həsr etdiyi, Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə qırğız dilinə tərcümə edilmiş şeirini oxudu.Daha sonra Jipara xanım Böyük şairimiz Bəxtiyar Vahabzadənin fondun sifarişi ilə qırğız, rus, ingilis dillərinə tərcümə olunmuş “Gülüstan” poemasını qırğız dilində oxudu. Tərcüməçi Mukan Asanaliyev isə poemanı ingilis dilində səsləndirdi.

Nüsrət MƏMMƏDOV

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …