“Mənim hədiyyə etdiyim qalstuk deyilmi?” – Ərdoğan

Yunanıstana səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanı hava limanında qarşılayan bu ölkənin xarici işlər naziri ilə Ərdoğan arasında maraqlı dialoq olub.

Moderator.az Türkiyə mediasına istinadən xəbər veri ki, Yunanıstanın xarici işlər naziri Nikolaos Kotzias taxdığı qalstkun Ərdoğan tərəfindən hədiyyə edildiyini xatırladıb.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yunanlı həmkarının sözlərini prezidentə çatdırıb.

Ərdoğanın qalstuka işarə edərək “Mənim hədiyyə etdiyim deyilmi? sualına Nikolaos Kotzias “Bəli… Yaxşı diplomatiyadır” deyə zarafatla cavab verib.