Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Litva məhkəməsində Qorbaçova hökm oxunacaq

Litva məhkəməsində Qorbaçova hökm oxunacaq

Litvada 1991-ci ildə Vilnüs teleqülləsinə hücuma görə Rusiya vətəndaşlarına qarşı açılan cinayət işi ilə əlaqədar məhkəmə prosesi sona çatmaq üzrədir.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, məhkəmə fevralın 18-də yekun qərar verəcək. Məhkəmə prosesi çərçivəsində SSRİ-nin eks-prezidenti Mixail Qorbaçov barədə də qiyabi hökm verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Litvada bir müddət əvvəl Vilnüs teleqülləsinə 1991-ci il 13 yanvarda hücumla bağlı araşdırma başladılıb. 14 nəfərin öldüyü, 700 nəfərin yaralandığı hücumla əlaqədar Litva hakimiyyəti SSRİ-nin o zamankı rəhbərliyini ittiham edib. Rəsmi Vilnüs tərəfindən cinayət işi ilə əlaqədar ümumilikdə 58 rusiyalı ittiham olunub.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …