Ana səhifə / Dünya / Lavrov erməni həmkarı ilə görüşməyəcək

Lavrov erməni həmkarı ilə görüşməyəcək

Rusiya XİN Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanın rusiyalı həmkarı Sergey Lavrovla görüş üçün Moskvaya səfərinin hazırlanması ilə bağlı erməni KİV-lərində yayılan məlumatları təkzib edib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə erməni jurnalistin məsələ ilə bağlı sualını cavablandıraraq, Lavrovla Mnatsakanyanın görüşünün nəzərdə tutulmadığını söyləyib.

“Sergey Lavrovun qrafikində belə bir görüş qeydə alınmayıb. Bu haqda heç bir məlumatım yoxdur”, – deyə M.Zaxarova bildirib.

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …