Ana səhifə / Dünya / KXDR-in nüvə obyektlərində yoxlama aparılmasına razılıq verildi

KXDR-in nüvə obyektlərində yoxlama aparılmasına razılıq verildi

Şimali Koreya lideri Kim Çen In ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə görüşü zamanı KXDR-in nüvə obyektlərində yoxlama aparılmasına razı olduğunu ifadə edib.

RİA “Novosti” xəbər verir ki, bu xəbəri çərşənbə axşamı məlumatlı mənbəyə istinadən JTBC telekanalı yayıb.

Telekanalın məlumatına görə, Kim Çen In Pompeoya KXDR-in nüvə obyektlərinə giriş üçün şərait yaradacağına söz verib ki, bu da Şimali Koreya tərəfinin Koreya yarımadasının nüvəsizləşdirilməsinə nəzarət prosesində fəal iştirak etmək niyyətindən xəbər verir.

“İstədiyiniz yerdə nüvə obyektlərini yoxlaya bilərsiniz”, – deyə telekanal Şimali Koreya liderinin sözlərini sitat gətirib.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …