Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / Koçaryanın tərəfdarları mitinqlərə başlayır

Koçaryanın tərəfdarları mitinqlərə başlayır

Ermənistanın həbs edilən sabiq prezidenti Robert Koçaryanın tərəfdarları 11 dekabr tarixinə mitinq təyin ediblər.
Bu barədə “Prezidentə azadlıq” qrupunun üzvləri məlumat yayıblar. Bildirilib ki, Koçaryanın həbsdən azad olunması məqsədilə piket və mitinqlər keçiriləcək.

“Biz Robert Koçaryanın qanunsuz həbsini cinayət kimi qiymətləndiririk, bu ədalətsizliyə qarşı səsiizi qaldırmalıyıq”, – deyə müraciətdə vurğulanıb.

Qeyd edək ki, Ermənistanın ikinci prezidenti, 2008-ci ilin martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və Ermənistanın konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunan Robert Koçaryan ötən gün həbs olunub. (Azvision.az)

Həmçinin oxuyun

Senat Ukrayna və İsrailə yardım paketini təsdiqləyib

ABŞ Senatında Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi, Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə verilməsi üçün …