Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / İyi Partiyası qurultay keçirir

İyi Partiyası qurultay keçirir

Türkiyədə müxalifətdə olan İyi Partiyanın qurultayı başlanıb.

Cebhe.info Türkiyə mediasına istinadən xəbər verir ki, 2-ci fövqəladə qurultayda partiyanın lideri Meral Akşener çıxış edib. Onun “Vida məqsədilə “Mən sizi çox sevmişdim” dedim. Sözlərimi mənə qarşı çevirdiniz. Əlimi, ayağımı bağladınız. “Biz səni çox sevdik” dediniz. Qərarınıza tabe olub geri qayıtdım. İradənizə boyun əydim. Gəl dediniz, gəldim” sözləri alqışlarla qarşılanıb.

Qurultay nümayəndələri ciddi şəkildə yoxlanıldıqdan sonra salona buraxılıb. Qurultay keçirilən salonda türk bayraqları və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün portretləri asılıb. Partiya sədrinin məruzəsindən sonra Mərkəzi Nəzarət Təftiş Komissiyası və digər qurumların hesabatı dinləniləcək. 80 nəfərdən ibarət Siyasi Şura, İdarə Heyəti və NTK üzvləri seçiləcək.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …