Çərşənbə , Sentyabr 26 2018
Ana səhifə / Dünya / İsrail səfiri Türkiyəni tərk edib

İsrail səfiri Türkiyəni tərk edib

İsrailin Ankaradakı səfiri Eitan Naeh Türkiyəni tərk edib.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, Ankaradan İstanbula gedən səfir mayın 16-da günorta saatlarında təyyarə ilə Təl-Əvivə uçub.

Diplomatın nə zaman geri qayıdacağı məlum deyil.

Qeyd edək ki, mayın 14-də Qüdsdə ABŞ səfirliyinin açılışı olub. Buna etiraz edən minlərlə fələstinli Qəzza zolağında aksiya keçirib. İsrail ordusunun açdığı atəş nəticəsində 62 fələstinli həlak olub, 3000-dən çox insan yaralanıb.

Bu hadisələr Türkiyə ilə İsrail və ABŞ arasında diplomatik qarşıdurmaya səbəb olub. İsrailin Türkiyədəki səfiri Eitan Naeh Xarici İşlər Nazirliyinə çağırılıb. Nazirlik diplomata ölkəsinə qayıtmağı tövsiyə edib.

Bundan başqa, Türkiyə Xarici İşlər Nazirliyi ölkənin Təl-Əvəidəki səfiri Kemal Ökem və Vaşinqtondfakı səfiri Serdar Kılıcı məsləhətləşəmə üçün geri çağırıb.

Mayın 15-də İsrailin Xarici İşlər Nazirliyi Türkiyənin Qüdsdəki baş konsulu Hüsnü Gürcandan ölkəni tərk etməyi tələb edib.

Mayın 16-da isə Türkiyə XİN İsrailin İstanbuldakı baş konsulu Yosef Levi-Sfariyə ölkəsinə qayıtmasını məsləhət görüb.

Həmçinin oxuyun

BMT BA-nın iclası: Tramp çıxış edəndə Ərdoğan zaldan çıxdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Tramp çıxışa başlayanda BMT Baş Assambleyasının iclas …