Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / İsrail parlamentindən “erməni soyqırımı” ilə bağlı qərar

İsrail parlamentindən “erməni soyqırımı” ilə bağlı qərar

Debatlar Türkiyədə keçiriləcək prezident seçkilərindən sonra keçiriləcək
İsrail Knesseti bu gün keçirilməsi planlaşdırılan qondarma “erməni soyqırımı”nın tanınması haqqında debatları təxirə salıb. Bu barədə Sputnik Azərbaycan “The Times of Israel”-ə istinadən xəbər verir.
Məlumata əsasən, debatlar Türkiyədə keçiriləcək prezident seçkilərindən sonra, iyunun 26-ı keçiriləcək. Qərar Knessetin spikeri Yuli Edelşteyn və “Merets” partiyasından deputat seçilən Tamar Zandberd arasında əldə olunan razılaşma əsasında verilib.
Xatırladaq ki, mayın 14-də Birləşmiş Ştatların Təl-Əvivdəki səfirliyi rəsmən Qüdsə köçürülüb. Mərasimdə ABŞ və İsraildən olan nümayəndələr iştirak ediblər.
Fələstində ABŞ-ın İsraildəki səfirliyini Qüds şəhərinə köçürməsinə etiraz olaraq keçirilən kütləvi aksiyalarda İsrail ordusu ilə baş verən toqquşmalar nəticəsində isə 60 nəfər ölüb, 3000-dən çox insan yaralanıb. Bundan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili terror dövləti adlandıraraq Qəzza zolağında ölənlər üçün ölkəsində üç günlük matəm elan edib. İsrailin Ankaradakı səfiri Eitan Naeh mayın 15-də Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Sputnik Azərbaycan xəbər verir ki, mayın 14-də Qəzza zolağında baş verən hadisələrlə bağlı diplomata etiraz notası təqdim edilib. Türkiyə XİN rəsmiləri, eyni zamanda səfirə Ankaranı tərk edərək İsrailə qayıtmağı və bir müddət ölkəsində qalmağı tövsiyə ediblər. Mayın 16-ı İsrailin Ankaradakı səfiri Eitan Türkiyəni tərk edib.
Bu hadisələrin fonunda Knessetin deputatı İçik Şmuli (Sionist düşərgəsi) “Erməni soyqırımı”nın tanınması məsələsi ilə bağlı qanun layihəsini parlamentə təqdim edib. Analoji qanun layihəsini “Likud” partiyasından Amir Oxan da təqdim edib.
İsrailin turizm naziri Yariv Levi isə ölkə vətəndaşlarını Türkiyəyə getməməyə çağırıb.

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …