Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / İspaniya baş naziri istefa verdi – Korrupsiya qalmaqalı

İspaniya baş naziri istefa verdi – Korrupsiya qalmaqalı

İspaniya konqresi Mariano Rajoyun başçılıq etdiyi hökumətə etimadsızlıq göstərib.

“Qafqazinfo” xarici KİV-nə istinadən xəbər verir ki, 180 deputat Nazirlər Kabinetinə etimadsızlığını ifadə edib, 169 nəfər əleyhinə səs verib, bir deputat isə bitərəf qalıb.

Səsvermədən əvvəl parlamentdə çıxış edən Rajoy nəticəni gözləmədən məğlubiyyətini etiraf edib və istefasını təqdim edib. Yeni baş nazir Sosialist İşçi partiyasından Pedro Sançes olacaq.

Qeyd edək ki, baş nazirin adı üzvü olduğu Xalq Partiyası ilə əlaqəli korrupsiya qalmaqalına qarışıb. Daha əvvəl istefaya getməkdən imtina etdiyini və 2020-ci ilə kimi postunda qalmaq niyyətində olduğunu bəyan etmişdi.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …