Çərşənbə axşamı , Dekabr 18 2018
Ana səhifə / Dünya / İşləmək üçün ən yaxşı ölkələr açıqlandı

İşləmək üçün ən yaxşı ölkələr açıqlandı

Sinqapur yaşamaq və işləmək üçün ən yaxşı ölkə olub.Oxu.Az Lenta.ru-ya istinadla xəbər verir ki, bununla bağlı “Expat Explorer”in illik sorğusunda məlumat verilib.

Gəlirin səviyyəsinə görə Sinqapur yalnız beşinci yeri tutub. Orada orta illik əməkhaqqı 162,2 min dollar təşkil edib. Ən çox qazanc əldə edilən ölkə isə İsveçdir. Burada orta illik gəlir 202 min dollardır. Onu ABŞ (185,1 min dollar), Honkonq (178,7 min dollar) və Çin (172,7 min dollar) izləyir.

Gəlirlərin səviyyəsinin və həyat səviyyəsinin nisbətinə görə Sinqapurdan sonra Yeni Zelandiya, Almaniya və Kanada gəlir. İsveç bu siyahıda səkkizinci yeri tutur.

İsveç gender bərabərliyinə görə siyahıda lider olub. Onu Yeni Zelandiya, Tailand və İspaniya izləyib.

VIPedu.BIZ

Həmçinin oxuyun

ABŞ-da FETÖ üzvlərinin həbsi başladı

ABŞ-ın Federal Təhqiqatlar Bürosu Fətullah Gülənin rəhbəri olduğu təşkilatın (FETÖ) üzvlərinin həbslərinə başlayıb. Virtualaz.org bildirir ki, …