Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / İş başında 45 min işçi öldürülüb

İş başında 45 min işçi öldürülüb

Əfqanıstan prezidenti Əşrəf Qani son 4 ildə ölkəsində ölən təhlükəsizlik xidmətinin əməkdaşlarının sayını açıqlayıb.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, prezident bu illərdə 45 min işçinin vəzifəsini yerinə yetirərkən dünyasını dəyişdiyini vurğulayıb. Əşrəf Qani İsveçrənin Davos şəhərində keçirilən “49-uncu Beynəlxalq Dünya İqtisadi Forumun”nda belə deyib.

Əfqanıstan hökuməti ilə Taliban arasında olan problemlərin siyasi yola həllinin vacibliyinə diqqət çəkən prezident bu istiqamətdə ABŞ-ın dəstəyindən də danışıb.

“Talibanın əsas yuvası Pakistandır. Bu olaylarda Pakistan təqsirlidir” – deyə Ə.Qani əlavə edib.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …