Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / İranda 39 ildən sonra bir ilk – VİDEO

İranda 39 ildən sonra bir ilk – VİDEO

Asiya Çempionlar Liqasının finalının cavab görüşündə İranın “Persepolis” və Yaponiyanın “Kashima Antlers” komandaları üz-üzə gəliblər.
Belə ki, oyun qolsuz bərabərliklə yekunlaşıb. İlk oyunda 2:0 hesabı ilə qalib gələn Yaponiya klubu çempion adına layiq görülüb.

“Persepolis”in məğlub olmasına baxmayaraq, bu görüş İran futbol tarixinə düşüb. Belə ki,İranda qadın azarkeşlər 39 ildən sonra ilk dəfə məhz bu görüşü stadiondan izləyiblər. Stadionda 500-ə yaxın qadının olduğu bildirilib.

Qeyd edək ki, 1979-cu il İran İnqilabından sonra qadınlar kişilərin olduğu turnirlərə qatıla bilmirdi.




Azvision.az

Həmçinin oxuyun

“Rusiya ilə münasibətlər ən yüksək səviyyədə deyil” – Mirzoyan

“İrəvanla Moskva arasında münasibətlər ən yüksək səviyyədə deyil”.Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan …