Çərşənbə axşamı , Oktyabr 23 2018
Ana səhifə / Dünya / “İran terrorçuluğun maliyyələşdirilməsinə 16 milyard dollar xərcləyib” – Dövlət Departamenti

“İran terrorçuluğun maliyyələşdirilməsinə 16 milyard dollar xərcləyib” – Dövlət Departamenti

“İran son 6 ildə terrorçuluğun maliyyələşdirilməsinə və Suriyadakı Bəşşar Əsəd rejiminə 16 milyard dollar xərcləyib”.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin hesabatında bildirilib.

Sənəddə qeyd edilib ki, İran hakimiyyəti Livandakı “Hizbullah” təşkilatına, “HƏMAS”a (“İslam Müqavimət Hərəkatı”), “İslami-cihad”, İraqdakı “Kataib Hizbullah”, Bəhreyndəki “Briqada Əl-Aştar”, Yəməndəki husilərə və başqa terrorçu təşkilatlara hərtərəfli kömək edir.

Hesabata əsasən, terrorçular İranın maliyyəsi ilə raketlərlə silahlanır, eləcə də onlara kiberhücumla bağlı yardım göstərilir.

Bildirilib ki, İran 2012-ci ildə Bəşşar Əsədin silahlı qüvvələrinə 4,6 milyard dollar məbləğində silah verib. Həmin dövrdə “Hizbullah” Tehran hakimiyyətindən 700 milyon dollarlıq, “HƏMAS” və “İslami-cihad” hər biri 100 dollarlıq yardım alıblar. Qeyd edilib ki, İran 2000 km məsafəyədək hədəfi vura bilən nüvə başlığı daşıyan raketin istehsalını davam etdirir.

İranın İsrail, Səudiyyə Ərəbistanı və Qətərin hökumət və kommersiya strukturlarına qarşı haker hücumları etməsi də hesabatda vurğulanıb. Sənəddə İslam Respublikasında insan hüquqlarının pozulmasına xüsusi diqqət ayrılıb.

Qeyd edək ki, keçmiş iranlı diplomat Mənsur Fərhəng bu ilin iyununda Londonda çıxan Səudiyyə Ərəbistanına məxsus “Əş-Şərq əl-Ousat” qəzetinə müsahibəsində İslam Respublikasının öz məqsədləri üçün Suriyaya 30 milyard dollar sərmayə qoyduğunu bildirmişdi.

ABŞ-ın Taftas Universitetinin Fletçer Hüququ və Diplomatiyası Məktəbinin Yaxın Şərq üzrə mütəxəssisi Nadim Şəhidi həmin qəzetə demişdi ki, İran hər il Suriyada 15 milyar dollar xərcləyir, son illər isə Tehrana bu ölkədəki fəaliyyəti 105 milyard dollara başa gəlib.

“Əş-Şərq əl-Ousat”ın yazdığına əsasən, İranın Suriyada 11 hərbi bazası, Livan “Hizbullah”ının 15, başqa dövlətlərdən formalaşan iranyönümlü qüvvələrin isə 9 bazası var. Bu hərbi bazalar Livanla sərhəddə, İraq sərhədi yaxınlığında, Türkiyə sərhədindən bir az aralı yerləşdirilib. ABŞ, İsrail və Rusiya İranın İordaniya və İsrail sərhədlərində hərbi baza yerləşdirməsinə mane olsa da, Tehran buna cəhd göstərir.

Qəzet bildirib ki, İran 2013-cü ildən hər il Dəməşqə azı 4,5 milyard dollar kredit verir.

Həmçinin oxuyun

Ərdoğan Camal Xaşoginin qətlinin təfərrüatlarını açıqlayacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, səudiyyəli müxalif jurnalist Camal Xaşoginin (Camal Kaşıkçı) …