Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / İran parlamenti fövqəladə iclas keçirəcək

İran parlamenti fövqəladə iclas keçirəcək

İran Məclisi (parlamenti) ölkənin bir sıra şəhərlərindəki hadisələrə görə bazar ertəsi fövqəladə iclas keçirəcək.

Bunu İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Kamal Dehqan Firuzabadi deyib.

“Rəsmi şəxslər belə hadisələrin qarşısını almağa imkan verən metodları müzakirə edəcəklər”, – deyə agentlik onun sözlərini sitat gətirib.

Xatırladaq ki, İranda üçüncü gündür etiraz aksiyaları davam edir. Aksiyalar əvvəlcə qiymət artımına qarşı başlasa da, tezliklə dövlət hakimiyyətinə qarşı tammiqyaslı mitinqlərə çevrilib.

Birinci nümayiş dekabrın 28-də Məşhəd şəhərində keçirilib. Ardınca aksiya Tehran, İsfahan, Yəzd və ölkənin digər iri şəhərlərini əhatə edib. Ardıcıl çıxışlar polis ilə toqquşmalara gətirib çıxarıb ki, nəticədə onlarla insan saxlanılıb.

Artıq iki nümayişçinin güllələndiyi təsdiq olunub.Virtualaz.org

Həmçinin oxuyun

“Paşinyan da bunu başa düşür” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Cənubi Qafqaz regionunda yeni nizam yaradılır və Ermənistanın …