Çərşənbə , Oktyabr 17 2018
Ana səhifə / Dünya / İrəvanda etirazçılar polisin “dur” əmrinə tabe olmadı – Canlı yayım

İrəvanda etirazçılar polisin “dur” əmrinə tabe olmadı – Canlı yayım

Ermənistanda Serj Sarkisyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə etiraz olaraq başlanan aksiya bu gün də davam edir. 

“Qafqazinfo” xəbər verir ki, polis ötən gün aksiyanın təşkilatçısı olan “Elk” müxalif fraksiyasının lideri Nikol Paşinyana nümayişi bitirməklə bağlı tapşırıq verib. Lakin Paşinyan tələbin əks olunduğu sənədi jurnalistlərin gözü qarşısında cırıb.

Deputat Paşinyan bəyan edib ki, bu gün parlamentə bütün girişləri bağlamağı hədəfləyirlər.

Xatırladaq ki, bu gün parlamentdə Serj Sarkisyanın baş nazir postuna namizədliyi məsələsi müzakirə olunaraq səsverməyə çıxarılacaq.

Qeyd edək ki, ötən gün İrəvan xəstəxanalarına aksiya zamanı baş verən toqquşmalarda yaralanan 46 nəfər aparılıb. Onlardan on ikisi hələ də xəstəxanadadır. Yaralılardan biri polisdir. Hüquq-mühafizə orqanı əməkdaşının əməliyyat olunduğu bildirilir.








Həmçinin oxuyun

Qalmaqal: Səfir büdcə vəsaitinin mənimsənilməsində ittiham edilir

Qazaxıstanın Özbəkistandakı səfiri büdcə vəsaitlərinin mənimsəməkdə ittiham edilir.  Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Qazaxıstanın …