Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Həbsxanalarda məhkumlar yaxınları ilə “Skype”la görüşəcək

Həbsxanalarda məhkumlar yaxınları ilə “Skype”la görüşəcək

Skype görüşləri hələ ki, pilot layihə olaraq bəzi həbsxanalarda tətbiq ediləcək

Unikal.org  xəbər verir  ki, İtaliyada məhkumlara ayda 6 dəfə yaxınları ilə Skype ilə danışmağa icazə veriləcək. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, İtaliya Ədliyyə naziri verdiyi açıqlamada qeyd edib ki, bu addımla məhkumların ailələri, uşaqları ilə görüşməsi asanlaşacaq və növbə gözləməyin, həbsxanalarda görüşlərin sayı azalacaq.

Görüşlər təhlükəsiz şəraitdə həyata keçirləcək. Həbsxana əməkdaşı məhkumun görüş zamanı nə gördüyünü izləyəcək və uyğunsuz görüşmə olduğu zaman görüşü sonlandırma səlahiyyətinə sahib olacaq.

Skype görüşləri hələ ki, pilot layihə olaraq bəzi həbsxanalarda tətbiq ediləcək. Daha sonra isə ölkənin bütün həbsxanalarında belə bir şərait yaradılacaq.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …