Cümə , Yanvar 18 2019
Ana səhifə / Dünya / Gürcüstanın ali məktəblərində tədris dayandırıldı

Gürcüstanın ali məktəblərində tədris dayandırıldı

Gürcüstanda yayılmış qrip virusu ilə bağlı ölkənin bir neçə ali məktəbində tədris prosesi yanvar ayının 21-nə qədər dayandırılıb.

Təhsil müəssisələri bu barədə qərarı ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin tövsiyəsi əsasında qəbul edib.

Qərara müvafiq olaraq, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, İlya Dövlət Universiteti və digər ali məktəblərdə imtahanların müddəti və dərs cədvəli də dəyişdirilib.

Qonşu ölkədə “donuz qripi” adlandırılan A (H1N1) virusundan 13 nəfər ölüb. Qriplə bağlı 845 nəfər xəstəxanalara yerləşdirilib. Virusa görə ölkənin uşaq bağçaları və ictimai məktəblərində yanvarın 14-dək davam edən qış tətilinin müddəti yanvarın 18-dək uzadılıb.

VIPedu.BIZ

Həmçinin oxuyun

Alışanov Yeni il gecəsi əlil fermerin 1300 qoyununu, inəklərini, cipini oğurlayıb aradan çıxdı…

Rusiyanın Xakasiya muxtar vilayətinin Ust-Abakansk rayonunda Yeni il gecəsi bu region üçün misli görünməmiş hadisə …