Ana səhifə / Dünya / Gürcüstanda seçkilərin ikinci turu: Müxalifət qanun pozuntularının olduğunu bəyan etdi

Gürcüstanda seçkilərin ikinci turu: Müxalifət qanun pozuntularının olduğunu bəyan etdi

Gürcüstan müxalifəti prezident seçkilərinin ikinci turunda çoxsaylı qanun pozuntularının olduğunu bəyan edib.
Prezident seçkilərində birləşmiş müxalifətin təmsilçisi Qriqol Vaşadzenin seçki qərargahının ofisindən verilən məlumata görə, səsvermə çoxsaylı qanun pozuntuları ilə müşayiət olunur.
Q.Vaşadze bildirib ki, bu gün vəziyət biirnci turda olduğundan da mürəkkəbdir. “Qurcaanski bələdiyyəsinə aid bir kənddə seçki komissiyasındakı müxalifətdən olan komissiya üzvlərini məntəqə seçki komissiyasına buraxmayıblar. Buna səbəb kimi guya seçiciləri bülletenlərə baxmağa varad ediblər.
Buna oxşar digər hadisə Tiflisdə Didube rayonunda 29 saylı seçki məntəqəsində baş verib. Xarici müşahidəçilərin qeyri-qanuni təbliğat apardığı iddia edilərək, seçki məntəqəsindən çıxarılıb. Nadzaladevi də “Gürcü arzusu”nun koordinatorları seçicilərin fotosu olan siyahıları əllərində tutublar”- Vaşadze bildirib.
Müxalifətin vahid namizədi Qriqol Vaşadze Mərkəzi seçki komissiyasının sədri Tamar Jvaniyaya çağırış edərək, müşahidəçilər üçün seçki məntəqlərində seçki prosesini izləmək üçün normal şərait yaradılmasını istəyib.
Müxalifət təmsilçiləri seçkidə qanun pozuntularının hələ səsvermədən öncə baş verdiyini də qeyd edirlər.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …