Ana səhifə / Dünya / Gürcüstan parlamentində deputatlar arasında dava – VİDEO

Gürcüstan parlamentində deputatlar arasında dava – VİDEO

Gürcüstan parlamentində iki deputat plenar sessiya zamanı əlbəyaxa olub. Sputnik Azərbaycan xəbər verir ki, qarşıdurmanın videosu internetdə yayılıb.

Münaqişə “Patriotlar alyansının” üzvü İrma İnaşvili və Milli Hərəkat partiyasının deputatı Nika Meliya arasında baş verib. Belə ki, Meliya bu yaxınlarda baş tutan prezident seçkilərinin saxta olduğunu bildirib.

Parlamentin sədri İrakli Kobaxidzenin sözlərinə görə, Meliya “klounada” yaradıb: “Milli Hərəkat acı həqiqətlə barışmalıdır. Bu Milli Hərəkatın əsl üzüdür”.

Qeyd edək ki, noyabrın 28-i Gürcüstanda prezident seçkilərinin ikinci turu keçirilib. Hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi prezidentliyə müstəqil namizəd Salome Zurabişvili seçicilərin 59,52% (1 147 627 səs) toplayaraq seçkidə qalib gəlib. Onun rəqibi Qriqol Vaşadze isə 40,48%-nin (780 633) səsini toplayıb.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …