Ana səhifə / Dünya / Fransada iğtişaşçılar brend dükanları taladılar – “Dior” 1 milyon zərərdədir

Fransada iğtişaşçılar brend dükanları taladılar – “Dior” 1 milyon zərərdədir

Fransada davam edən etiraz aksiyalarında 3 nəfər ölüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Fransa polisi ötən həftə sonu paytaxtda iğtişaşlar törədən 378 nəfəri saxlayıb. Onlardan 200-ü bu gün və sabah məhkəmə qarşısına çıxarılacaq. Saxlanılanlardan bəzilərini yeddi ilə qədər həbs cəzası gözləyir.

Prezident Emmanuel Makron da iğtişaş törədən bütün iştirakçıların məhkəməyə çıxarılacağına söz verib.

“Sarı jiletlilər” adı altında hərəkatlanan nümayişçilər etirazları bəhanə edərək brend mağazaları talayırlar. Dior mağazası ötən günlərdə yaydığı açıqlamasında nümayişlər səbəbi ilə təxminən 1 milyon avro zərərə uğradığını bəyan edib.

 

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …