Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / “Fətullah Gülən Türkiyəyə verilməyəcək” – PROQNOZ

“Fətullah Gülən Türkiyəyə verilməyəcək” – PROQNOZ

Tofiq Abbasov: “Baş verənlər növbəti riyakarlıq aktıdır”

Mediada ABŞ prezidenti Donald Trampın Fətullah Gülənin Türkiyəyə veriləsi üçün “qanuni yolların müəyyən edilməsi” ilə bağlı əlaqədar orqanlara göstəriş verdiyi ilə bağlı məlumatlar yer alıb.

Trampın bu qərarını Türkiyənin siyasi-diplomatik qələbəsi hesab etmək mümkündürmü? Bu addım ABŞ-ın Türkiyənin təzyiqləri qarşısında geri çəkilməsi kimi dəyərləndirilə bilərmi?

Moderator.az-a açıqlama verən politoloq Tofiq Abbasov ABŞ rəhbərliyinin bu məsələdəki səmimiyyətinə inanmadığını vurğuladı:

“Xatırlayırsınızsa, Branson ABŞ-a qayıdan kimi Tramb belə bir bəyanat verdi ki, biz öz vətəndaşımızın azad edilməsi üçün heç kimlə danışıq aparmamışıq. Bu, Türkiyənin məhkəmə instansiyaalrıın öz qərarıdır və biz bu qərarı dəstəkləyirik. Halbuki, Trampın səsləndirdiyi fikirlər dünya ictimaiyətini yanıldan bir yanaşmadır. Çünki istənilən iki dövlət arasında münaqişə və ya anlaşılmazlıq varsa, istər-istəməz onlar arasında görüşlər, məsləhətləşmələr keçirilir.

Branson məsələsində ABŞ öncə Türkiyəni hədələməyə başladı. Sonra isə gördü ki, Türkiyəyə qarşı hədələri tərs mütənasib nəticə verir, məsələni sakit tərzdə, bağlı qapılar arxasında müzakirə etməyə başladılar. O vaxt çox güman ki, bu iki şəxsin dəyişdirilməsi məsələsi də müzakirə edilib. Görünür, Bransonun azad edilməsindən sonra Tramp öz tərəfinin öhdəliyinə uğun olaraq belə bir göstəriş verib. Bununla göstərmək istəyir ki, Türkiyə tərəfinin təklifini rədd etməyiblər, bununla bağlı iş gedir.

Düşünürəm ki, F.Güləni Türkiyəyə verməyəcəklər. ABŞ növbəti riyakarlıq aktını həyata keçirir. O, sadəcə göstərmək istəyir ki, guya müttəfiqlərinin istəklərinə, təkliflərə qarşı diqqətlidir. Hesab edirəm ki, prosesin sonu F.Gülənin Pensilvaniyada qalması ilə nəticələnəcək”.

Həmçinin oxuyun

Vladimir Kazimirov öldü

Tanınmış rusiyalı diplomat, ATƏT-in Minsk qrupunun Rusiyadan olan ilk həmsədri Vladimir Kazimirov 95 yaşında ölüb …