Şənbə , Fevral 16 2019
Ana səhifə / Dünya / Evlilik təklifi etmək istədi, üzük kanalizasiyaya düşdü (VİDEO)

Evlilik təklifi etmək istədi, üzük kanalizasiyaya düşdü (VİDEO)

Nyu-York polisi nişan üzüyünü kanalizasiyaya salmış kişini axtarır.
Unikal.org-ın məlumatına görə, bu barədə Nyu-York Polis Departamentinin “Tvitter” səhifəsində bildirilir.
Qeyd olunur ki, Manhettenin mərkəzi Taymz Skverdə evlilik təklifi edən kişinin əlindən kanalizasiyaya düşən üzük tapılıb: “O (gəlin) “hə!” dedi, lakin kişi o qədər həyəcanlı idi ki, üzüyü kanalizasiyaya saldı”.
Polis Departamenti bildirib ki, üzüyü sahibinə qaytarmaq istəyir. Qurumun “Tvitter” səhifəsində həmçinin üzüyün fotosu və həmin anın video görüntüsü yayılıb.

Həmçinin oxuyun

Eltisinə qəzəbləndi, uşağını öldürüb qanını içdi – DƏHŞƏT…

Hindistanda qaynı arvadı ilə dava edən qadın qəzəbləndiyi eltisinin oğlunun boğazını kəsdikdən sonra qanını içib. Moderator.az xəbər …