Ermənistan Silahlı Qüvvələrin mayoru A.Q. avtomobil qəzasında ölüb.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə Spitak şəhərində baş verib.
“Mersedes ML” markalı avtomobilin qəzaya uğraması nəticəsində 1986-cı il təvəllüdlü A.Q. ölüb. O, Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində avto-mexaniki hissənin rəisi vəzifəsində işləyirmiş.
Məlumata görə, qəzaya uğrayan avtomobili hərbçi idarə edirmiş.