Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Erməni deputat Türkiyə parlamentində dava saldı – FOTO

Erməni deputat Türkiyə parlamentində dava saldı – FOTO

Türkiyə Böyük Millət Məclisində (TBMM) büdcə müzakirələri zamanı qalmaqal yaşanıb.

Hakim Ədalət və İnkişaf Partiyası (AKP) və müxalif Xalqların Demokratik Partiyasından (HDP) olan deputatlar arasında dava düşüb.

Davaya erməni əsilli deputat səbəb olub. Belə ki, Ermənistana səfəri ilə gündəmə gələnerməni əsilli HDP-nin İstanbul millət vəkili Karo Paylanın Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun açıqladığı “Man Adası” sənədlərini xatırlatması müzakirələr zamanı gərginliyə səbəb olub.

Ardınca Paylanın AKP-dən olan millət vəkili İlknur İncesözə çıxışı zamanı replika ataraq “əxlaqsızlıq etmə” deməsi vəziyyəti daha da gərginləşdirib.

Bu sözlərdən hiddətlənən AKP-li millət vəkili həmkarına “Siz parlamentdə əxlaq dərsi verə biləcək ən son adamsınız”, – deyə cavab verib.

Söz dueli iki partiyadan olan millət vəkilləri arasında dava ilə yekunlaşıb. Nəticədə parlamentdə müzakirələrə fasilə verilib.

AzVision.az

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …