Ana səhifə / Dünya / “Dərhal boşanmaya” görə həbs cəzası müəyyənləşdirildi

“Dərhal boşanmaya” görə həbs cəzası müəyyənləşdirildi

Hindistanda yeni qanun layihəsi xanımlarından “dərhal ayrılma”ya cəhd edən kişilər üçün 3 illik həbs cəzasını nəzərdə tutur. Ənənəyə görə, xanımını boşamaq üçün üç dəfə “talaq” demək kifayətdir. “Talaq” tələbi e-mail və sms də daxil müxtəlif şəkildə çatdırıla bilər.

Avqust ayında Hindistanın Əli Məhkəməsi bu praktikanın Konstitusiyaya zidd olduğunu təsdiqləyib. Müvafiq məhkəmə iddiasını “talaqla” boşanmış beş qadın və iki hüquq müdafiə qrupu qaldırmışdı. Lakin məhkəmə hökmü “dərhal ayrılma” hallarına son qoymadı.

“Üçlü talağın” ləğvi ilə bağlı kampaniya bir neçə onillik ərzində davam edib.

Yeni qanun layihəsində boşanma işlərilə bağlı hüquqi prosedurlar əks olunub. Sənəd həmçinin qadınlara dəstək tədbirlərini nəzərdə tutur.

Hindistan mediasına əsasən, qanun layihəsi dekabr ayının ortalarında müzakirə olunmalıdır. (BBC)

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …