Cümə axşamı , Dekabr 13 2018
Ana səhifə / Dünya / Dənizin ortasında uşaq dünyaya gətirdi – İNANILMAZ + FOTOLAR

Dənizin ortasında uşaq dünyaya gətirdi – İNANILMAZ + FOTOLAR

Misirdə turist  qadın birbaşa dənizin ortasında doğub.
Moderator.az yazır ki, bu ağlagəlməz olay barəsində Britaniyanın “The Daily Mail” nəşri xəbər yayıb.
Hadisənin ilk şahidi Qırmızı dəniz sahilindəki məşhur Şarm-əş-Şeyx kurort şəhərindən şimalda yerləşən Dahab şəhərinin çimərliyində istirahət edənlər olub. Onlar birbaşa dənizin ortasından  çıxan və əllərində hələ göbək bağı sallanan yeni doğulmuş körpə olan qadın və yaşlı kişini gördükdə dəhşətə gəliblər.
Məlumata görə, “qəhrəman”  qadın rusiyalı turistdir.  Onun dənizin ortasındakı doğuşu bilərəkdən planlaşdırdığı, yoxsa bunun təsadüf olduğu haqda dəqiq informasiya yoxdur. Sosial şəbəkə istifadəçiləri belə bir versiya irəli sürüblər ki, bu cür  “ekzotik” doğuşlar öncədən planlaşdırılıb və fotodakı yaşlı kişi də turistlər tərəfindən muzdla “işə götürülmüş” doğuş həkimidir…

VIPedu.BIZ

Həmçinin oxuyun

Baş nazirin iş yerində təcavüz biabırçılığı: İsrail bir-birinə dəydi

İsrailin baş naziri Benyamin Netanyahunun beynəlxalq əlaqələr üzrə mətbuat katibi Devid Keyes şok səbəbdən istefa …