Çərşənbə axşamı , Yanvar 22 2019
Ana səhifə / Dünya / Bütöv şəhər 1,7 milyon dollara satılır

Bütöv şəhər 1,7 milyon dollara satılır

ABŞ-ın Corciya ştatında Tumsboro adlı şəhər satışa çıxarılıb. 

Modern.az xəbər verir ki, bu barədə “Craigslist” saytında elan yerləşdirilib.

Məlumata görə, şəhərlə birlikdə alıcı nəinki yaşayış evlərini, eyni zamanda restoranları, otelləri və hətta opera teatrını da əldə edəcək. Şəhərin qiyməti 1,7 milyon dollar müəyyən olunub ki, bu da Nyu-Yorkun nüfuzlu rayonlarında adi mənzilin qiymətinə bərabərdir.

Tumsboro XIX əsrin ikinci yarısında yaranıb. 2000-ci ildə əhalinin siyahıya alınması zamanı şəhərdə 472 nəfərin yaşadığı müəyyən olunmuşdu.

VIPedu.BIZ

Həmçinin oxuyun

Azərbaycanlı Ukraynanın prezidenti ola bilər

Ukrayna Mərkəzi Seçki Komissiyasının yanvarın 21-də keçirilən iclasında ölkənin Fiskal Xidmətinin sabiq rəisi, əslən azərbaycanlı …